...

Bakıda saxta tələbə bileti satan qadın saxlanılıb

Hadisə Materials 3 May 2011 12:45 (UTC +04:00)
Bakı polisi saxta tələbə bileti satan qadını saxlayıb.
Bakıda saxta tələbə bileti satan qadın saxlanılıb

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir K.Zərbalıyeva/

Bakı polisi saxta tələbə bileti satan qadını saxlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsinin əməkdaşları Bakı şəhər sakini Sənəm Mehdiyevanın 2008-ci il avqustun 2-də şəhər sakinləri Vüsal Rəhimovdan 9500 manat və 2009-cu il iyulun 28-də Asif Dəmirovdan 15 000 manat alaraq onlara saxta tələbə biletləri verməsini müəyyən edib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti