...

Bu il Bakıda 70 avtomobil oğurlanıb

Hadisə Materials 19 May 2011 13:23 (UTC +04:00)
Bakı yol polisi bu il mayın 15-dək 128 246 yol hərəkəti qaydaları pozuntusu aşkar edib.
Bu il Bakıda 70 avtomobil oğurlanıb

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir K.Zərbalıyeva/

Bakı yol polisi bu il mayın 15-dək 128 246 yol hərəkəti qaydaları pozuntusu aşkar edib.

Bakı şəhər Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov cümə axşamı Trend-ə bildirib ki, bu il yanvarın 1-dən mayın 15-dək qeydə alınan pozuntuların 1529-u avtomobillərin sərxoş, 2615-i sürücülük vəsiqəsi olmadan, 214-ü dövlət nömrə nişansız idarə olunması ilə bağlıdır.

Bu müddətdə yol polis əməkdaşları tərəfindən digər nəqliyyat vasitələri üçün qəza şəraiti yaradan 919, işıqforun qırmızı işığında keçən 5374, sürət həddini aşan 1232, ötmə, manevr etmə qaydalarını pozan 935, yolayrıcını keçmə qaydalarını pozan 19887, sərnişindaşıma qaydalarını pozan 1091 sürücü saxlanılıb və inzibati qaydada cəzalandırılıb.

Hesabat dövründə avtomobili pərdə və plyonkalı idarə edən 2333, avtoxuliqanlıq edən 121 sürücü cəzalandırılıb.

Yol hərəkəti qaydalarını pozan 602 piyada inzibati məsuliyyətə cəlb edilib.

Bakıda bu müddətdə 467 yol qəzası qeydə alınıb. Qəzalarda 108 nəfər ölüb, 521 nəfər xəsarət alıb.
Bakı şəhərində hesabat dövründə avtomobillərin oğurluğu ilə bağlı 70 fakt qeydə alınıb. Oğurlanan avtomobillərdən 59-u tapılıb, digərlərinin isə axtarışı davam etdirilir.

Xəbər lenti

Xəbər lenti