Azərbaycan, Bakı, 14 iyun /Trend/
Azərbaycanda su borularının oğurluğu ilə məşğul olan şəxslər yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə Kəpəz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 12-də Gəncə şəhəri ərazisində, 4 saylı Yol Yaşıllaşdırma MMC-yə məxsus 1 725 manat dəyərində 115 metr uzunluğunda su borularını kəsərək oğurlamağa cəhd göstərmiş şəhər sakinləri Vüqar Məmmədov, Zahir Qədimov və onun arvadı Nuridə tutulublar.
Suraxanı RPİ 31-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 12-də "Suraxanı OYL" şirkətinə məxsus 45 metr uzunluğunda su borularını kəsərək oğurlamağa cəhd göstərmiş Bakı şəhər sakinləri Xəyal Quluzadə və Ramin Nuriyev tutulublar.
Azərbaycanda su borularının oğurluğu ilə məşğul olan şəxslər yaxalanıb
Azərbaycanda su borularının oğurluğu ilə məşğul olan şəxslər yaxalanıb
