Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir K.Zərbalıyeva/
Fövqəladə Hallar Nazirliyi Yevlaxda baş verən yol qəzası ilə bağlı rəsmi məlumat yayıb.
Trend-in nazirliyin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Yevlax rayonunda "Mercedes" və "VAZ" markalı 2 minik avtomobili toqquşub.
Nəticədə, həmin avtomobillərdə olan 5 nəfər yaralanıb və onlar xəstəxanaya yerləşdiriliblər.
"Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb. Hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər tərəfindən "VAZ" markalı minik avtomobili yanğından mühafizə olunub.
Faktla bağlı araşdırma aparılır.