...

Tbilisidə 31 yaşlı azərbaycanlı itkin düşüb

Hadisə Materials 23 İyun 2011 13:08 (UTC +04:00)
Tbilisidə 3 gün əvvəl itkin düşən 31 yaşlı azərbaycanlı Vaqif İbrahimovun qohumları onu axtarır. İtkin düşənin axtarışına polis də qoşulub. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə onun ailə üzvləri deyib.
Tbilisidə 31 yaşlı azərbaycanlı itkin düşüb

Gürcüstan, Tbilisi, 23 iyun /Trend, müxbir N.Kirsxaliya/

Tbilisidə 3 gün əvvəl itkin düşən 31 yaşlı azərbaycanlı Vaqif İbrahimovun qohumları onu axtarır. İtkin düşənin axtarışına polis də qoşulub. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə onun ailə üzvləri deyib.

İtkin düşənin valideylərində heç bir ehtimal yoxdur. Onlar yalnız qeyd edirlər ki, Vaqifin heç bir xəstəliyi yoxdur və heç kimlə münaqişəsi olmayıb.

İtkin düşənin həyat yoldaşı və azyaşlı uşağı var. İbrahimov dondurma istehsal edən sexdə işləyirmiş. Sonuncu dəfə onu əmisi oğlu görüb.

Xəbər lenti

Xəbər lenti