...

"Azərbaycan Hava Yolları"nın nəqliyyat təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb (ƏLAVƏ OLUNUB-2)

Hadisə Materials 6 İyul 2011 11:25 (UTC +04:00)
Birinci abzasdan sonra təfərrüatlar əlavə olunub (birinci xəbər saat 10.37-də yayımlanıb)
"Azərbaycan Hava Yolları"nın nəqliyyat təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb (ƏLAVƏ OLUNUB-2)

Azərbaycan, Bakı, 6 iyul / Trend, müxbir T.Cəfərov, S.Əliyev /

Təfərrüatlar əlavə olunub (birinci xəbərə saat 10.37-də yayımlanıb

"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin İL-76 yük təyyarəsi çərşənbə axşamı saat 02:10-da (Bakı vaxtı ilə) Əfqanıstan paytaxtı Kabildən şimalda yerləşən Pərvan əyalətində qəzaya uğrayıb. Bu barədə Trend -ə Əfqanıstanın dövlət aviaşirkəti "Ariana"nın nümayəndəsi məlumat verib.

Azərbaycanın Mülki Aviasiya Asdministrasiyası təyyarənin qəzaya uğraması faktını təsdiqləyib.

AZAL-dakı mənbənin məlumatına görə, ekipajın tərkibində iki Azərbaycan və altı Özbəkistan vətəndaşı olub.

Əfqanıstanın dövlət aviaşirkəti "Ariana"nın nümayəndəsinin məlumat verir ki, ilkin məlumatlara görə, təyyarənin göyərtəsində səkkiz ekipaj üzvü olub.

Aviaşirkətin nümayəndəsini sözlərinə görə, indiyədək təyyarənin düşdüyü yer müəyyən olunmayıb. Axtarışları yerli polis və ordu bölmələri aparır. RİA Novosti xəbər verir.

Kurnəbd qəzası rəhbərliyinni nümayəndəsinin sözlərinə istinad edən Assoşieyted agentliyinin məlumatına görə, təyyarənin qəzaya uğradığı yerdə güclü yanğın baş verib.
Öz növbəsində, Əfqanıstandakı ABŞ və onun müttəfiqlərinin koalisiya qüvvələri kontingenti komandanlığının nümayəndəsi britanijyalı mayor Tim Ceyms agentliyə bildirib ki, təyyarə 3,8 min metrə yaxın yüksəklikdə dağa çırpılıb. Ceymsin sözlərinə görə, qəzaya uğrayan təyyarə koalisiya qüvvələrinin maraqları üzrə fəaliyyət göstərib. Mayorun qeyd etdiyi kimi, qəza rayonunda yaraqlıların aktiv fəaliyyəti qeydə alınmayıb. RİA Novosti yazır.

Xəbər lenti

Xəbər lenti