...

Bakıda tikinti şirkətinin sahibi öldürülüb

Hadisə Materials 11 İyul 2011 17:15 (UTC +04:00)
Bakıda "Azər-Ross" MTK-nın ofisinə silahlı basqın olub, şirkətin rəhbəri və baş mühasibi güllələnib.
Bakıda tikinti şirkətinin sahibi öldürülüb

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda "Azər-Ross" MTK-nın ofisinə silahlı basqın olub, şirkətin rəhbəri və baş mühasibi güllələnib.

Nərimanov rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, bu gün naməlum şəxslər Teymur Əliyev küçəsində yerləşən şirkətin ofisinə daxil olaraq şirkətin rəhbəri Əflatun Piriyev və şirkətin baş mühasibi, Əmiraslan Əhmədova odlu silahdan atəş açıblar.

Şirkətin rəhbəri güllə yarasından xəstəxanada keçinib. Əhmədov isə xəstəxanaya yerləşdirilib.

Prokurorluq və polis əməkdaşları hadisə yerində araşdırmalara başlayıblar.

Xəbər lenti

Xəbər lenti