Azərbaycan, Bakı, 16 iyul /Trend/
Bakıda tüfeyli həyat tərzi keçirən şəxs öz dostunu bıçaqlayıb.
Trend-in Bakı şəhər Baş Polis İdarəsinə istinadən verdiyi məlumata görə, İyulun 14-də A.Mustafayev küçəsi, 17-nin qarşısında tüfeyli həyat tərzi keçirən Əjdər Mirzəyev döş qəfəsinin daxilə nüfuz edən bıçaq xəsarəti ilə Kliniki Tibbi Mərkəzə daxil olub və iyunun 15-də orada ölüb.
Keçirilmiş əməliyyat tədbirləri nəticəsində hədisəni törədən, tüfeyli həyat tərzi keçirən Maarif Abdullayev DİN Çevik Polis Alayının və Nəsimi RPİ Cinayət-Axtarış Şöbəsinin əməkdaşları tərəfindən tutulub.