...

Ermənistan müdafiə nazirinin oğlu Azərbaycan ərazisində yol qəzasına düşüb

Hadisə Materials 19 İyul 2011 13:38 (UTC +04:00)
Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Artur Ohanyan Azərbaycanın işğal altında olan ərazisində yol qəzasına düşüb.
Ermənistan müdafiə nazirinin oğlu Azərbaycan ərazisində yol qəzasına düşüb

Azərbaycan, Bakı, 19 iyul /Trend/

Ermənistan müdafiə naziri Seyran Ohanyan yol qəzasına düşüb və ağır yaralanıb. Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Artur Ohanyan Azərbaycanın işğal altında olan ərazisində yol qəzasına düşüb.

Nazir oğlunun da içərisində olduğu maşın yoldan çıxaraq təxminən 120 metrlik yarğana yuvarlanıb. Nəticədə maşındakı 15 hərbçi yaralanaraq xəstəxanaya yerləşdirilib.

Ermənistan Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki, 3 hərbçi daha ağır yaralanıb və onların arasında Ohanyan da var. Onun bir neçə sümüyü sınıb. Lakin həyatına təhlükə yoxdur.

Ermənistan müdafiə nazirinin oğlu separatçı birləşmələrin sıralarında qulluq edir.

Xəbər lenti

Xəbər lenti