...

Səyavuş Aslan insult keçirib, vəziyyəti ağırdır

Hadisə Materials 4 Avqust 2011 11:03 (UTC +04:00)
Azərbaycanın xalq artisti Səyavuş Aslan insult keçirib. Bu barədə cümə axşamı Trend-ə Fuad Əfəndiyev adına 4 saylı xəstəxananın baş həkimi Fikrət Zeynalov məlumat verib.
Səyavuş Aslan insult keçirib, vəziyyəti ağırdır

Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın xalq artisti Səyavuş Aslan insult keçirib. Bu barədə cümə axşamı Trend-ə Fuad Əfəndiyev adına 4 saylı xəstəxananın baş həkimi Fikrət Zeynalov məlumat verib.

Onun sözlərinə görə, dünən axşam xəstəxanaya gətirilən xalq artistində şəkərli diabetin ağır forması müşahidə edilir.

"Hazırda xəstə reanimasiya şöbəsindədir. Onun vəziyyəti xəstəxanaya yeni gətirildiyi vaxta nisbətən yaxşılaşıb. Amma vəziyyəti yenə də ağır stabil olaraq qalır. Gün ərzində vəziyyəti dəyişə, ağırlaşa da bilər. Yəni hər şey gözləmək olar", - həkim deyib.

Səyavuş Aslan 1935-ci il 5 sentyabr tarixində Bakıda dünyaya gəlib. Azərbaycan Milli Akademik Dram Teatrının aktyorudur.

Xəbər lenti

Xəbər lenti