...

Şirvan şəhərində qətl hadisəsi olub

Hadisə Materials 20 Avqust 2011 10:45 (UTC +04:00)
Şirvan şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, dünən səhər saat 07:00 radələrində şəhərin Nizami Gəncəvi və Vidadi küçələrinin kəsişməsində üzərində çoxsaylı xəsarətlər olan orta yaşlı kişi meyiti tapılıb.
Şirvan şəhərində qətl hadisəsi olub

Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Şirvan şəhərində qətl hadisəsi olub.

Şirvan şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, dünən səhər saat 07:00 radələrində şəhərin Nizami Gəncəvi və Vidadi küçələrinin kəsişməsində üzərində çoxsaylı xəsarətlər olan orta yaşlı kişi meyiti tapılıb.

Meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi, cinayəti törədən şəxslərin müəyyən edilib tutulması üçün istintaq-əməliyyat tədbirləri aparılır.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti