...

"Ayrin " qasırğası ABŞ-da azı 10 nəfərin ölümünə səbəb olub

Hadisə Materials 28 Avqust 2011 15:53 (UTC +04:00)
"Ayrin " qasırğası Nyu-Yorka çatıb. Şəhrin merı Maykl Blumber əhaliyə müraciət edib ki, təhlükə sovuşana qədər yaxın saatlarda evlərini tərk etməsinlər
"Ayrin " qasırğası ABŞ-da azı 10 nəfərin ölümünə səbəb olub

Azərbaycan, Bakı, 28 avqust /Trend/

"Ayrin " qasırğası Nyu-Yorka çatıb. Şəhrin merı Maykl Blumber əhaliyə müraciət edib ki, təhlükə sovuşana qədər yaxın saatlarda evlərini tərk etməsinlər.

Trend-in məlumatına görə, sürəti saatda 136 km-ə çatan "Ayrin" qasırğası Vaşingtona yaxınlaşır. Amerika paytaxtında 150 minə qədər insan işıqsız qalıb. Hələlik, şəhərdə vəziyyət sakitdir, amma əsas zərbə hələ qabağdadır.

Avqustun 28-i səhər "Ayrin" qasırğası Nyu-Yorkun həyatını iflic vəziyyətinə salıb. Nyu-Yorkda ictimai nəqliyyat işləmir, əksər tədbirlər təxirə salınıb.

ABŞ hökuməti xəbər verir ki, "Ayrin" qasırğası nəticəsində artıq 10 nəfər ölüb, 2 milyona yaxın insan öz evini tərk edib.

Xəbər lenti

Xəbər lenti