Azərbaycan, Bakı, 31 avqust /Trend/
Abşeronda ağır yol qəzası olub; bir nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Trend-in Daxili İşlər Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, avqustun 30-da saat 21:00 radələrində Abşeron rayonu ərazisində Bakı şəhər sakinləri Anar Yunisovun idarə etdiyi "VAZ-2107" markalı və Anar Abdiyevin idarə etdiyi "Opel Vektra" markalı avtomaşınlar toqquşub.
Nəticədə Yunisovun sərnişini Vüsal Vəliyev hadisə yerində ölüb, xəsarət almış özü, habelə Abdiyev və sərnişini Lyudmila Həşimova xəstəxanaya yerləşdiriliblər.
Abdiyevə tibbi yardım göstərildikdən sonra buraxılıb, digərlərinin vəziyyətləri isə orta-ağırdır.
Faktla bağlı cinayət işi başlanıb.