...

Qəbələ polisi saxta əskinazlar aşkarlayıb

Hadisə Materials 9 Sentyabr 2011 15:38 (UTC +04:00)
Trend-in daxili İşlər Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, sentyabrın 8-də Qəbələ rayonunun Vəndam qəsəbə sakini Nuranə Süleymanova "102" Zəng Mərkəzinə zəng edərək, qəsəbəsindəki satıcı işlədiyi mağazaya gəlmiş naməlum şəxsin ona 5 ədəd 20 manatlıq əskinaz verib, ondan 100 manatlıq əsginaz alaraq "VAZ-2106" markalı avtomaşında getməsi və aldığı pulların saxta olmasını aşkar etməsini bildirib.
Qəbələ polisi saxta əskinazlar aşkarlayıb

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir K.Zərbalıyeva /

Qəbələ rayon polisi saxta əskinazlar ıaşkarlayıb.

Trend-in Daxili İşlər Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, sentyabrın 8-də Qəbələ rayonunun Vəndam qəsəbə sakini Nuranə Süleymanova "102" Zəng Mərkəzinə zəng edərək, qəsəbəsindəki satıcı işlədiyi mağazaya gəlmiş naməlum şəxsin ona 5 ədəd 20 manatlıq əskinaz verib, ondan 100 manatlıq əsginaz alaraq "VAZ-2106" markalı avtomaşında getməsi və aldığı pulların saxta olmasını aşkar etməsini bildirib.

Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Savalan kəndi ərazisində, Bakı şəhər sakini Rizvan Səftərovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşın saxlanılıb və salonuna baxış zamanı 1 ədəd 20 manatlıq saxta əskinaz aşkar edilərək götürülüb.

Səftərov izahatında saxta əskinazın, onun avtomaşında sərnişin qismində getmiş Şirvan şəhər sakini Nəsimi Hüseynova məxsus olmasını bildirib. Hüseynovun saxlanılması üçün tədbirlər davam etdirilir.

Xəbər lenti

Xəbər lenti