...

Azərbaycanın Lənkəran rayonunda leysan xarakterli yağış ciddi fəsadlar yaradıb

Hadisə Materials 19 Sentyabr 2011 11:41 (UTC +04:00)
Azərbaycanın cənubunda yerləşən Lənkəran rayonunda bazar günündən başlayan leysan xarakterli yağış ciddi fəsadlar yaradıb.
Azərbaycanın Lənkəran rayonunda leysan xarakterli yağış ciddi fəsadlar yaradıb

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın cənubunda yerləşən Lənkəran rayonunda bazar günündən başlayan leysan xarakterli yağış ciddi fəsadlar yaradıb.

Lənkəran rayon İcra Hakimiyyətindən bazar ertəsi Trend-ə bildirilib ki, sentyabrın 18-də günorta saatlarından Lənkərana yağan güclü yağış rayonun fərdi təsərrüfatlarına və sosial obyektlərinə ziyan vurub.

Rayonun bəzi kəndlərini sel basıb. Məlumata görə, sel ümumilikdə 200-ə yaxın fərdi yaşayış evinə ciddi ziyan vurub.

Vilvan kəndində qaz xətti sıradan çıxıb. Sel Şovü, Günəhir və Vilvan kəndlərinin hərəsində 2, Osakücə kəndində 4, Diryan kəndində 1 körpünü dağıdıb. Günəhir ərazi dairəsinin Günəhir, Horavenc və Bəliton kəndlərində torpaq sürüşməsi baş verib, yollar dağılıb, nəticədə bu yaşayış məntəqələrinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.

Lənkərana Fövqəladə Hallar Nazirliyinin texnikası cəlb olunub.

Xəbər lenti

Xəbər lenti