Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Müalicə müəssisəsində məhkum dünyasını dəyişib.
Bakının Nizami rayon məhkəməsindən Trend-ə verilən məlumata görə, Penitensiar Xidmətin Böyük Şor qəsəbəsində yerləşən müalicə müəssisəsində müalicə olunan 55 yaşlı məhkum Əlikram Əsədov bu gün dünyasını dəyişib.
Şəkər xəstəliyindən əziyyət çəkən məhkum bir müddət əvvəl müalicə olunmaq üçün 6 saylı cəzaçəkmə müəssisəsindən müalicə müəssisəsinə yerləşdirlib.
Əsədov dələduzluqda və rəsmi sənədləri saxtalaşdırmaqda ittiham olunaraq 2008-ci ildə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Faktla bağlı prokurorluqda araşdırma aparılıb.