...

Bakıda məhkumlara aş qazanında narkotik və mobil telefon keçirmək cəhdlərinin qarşısı alınıb (FOTO)

Hadisə Materials 17 Oktyabr 2011 13:24 (UTC +04:00)
Bakı İstintaq Təcridxanasına aş qazanında külli miqdarda narkotik və mobil telefon keçirilməsinin qarşısı alınıb.
Bakıda məhkumlara aş qazanında narkotik və mobil telefon keçirmək cəhdlərinin qarşısı alınıb (FOTO)

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakı İstintaq Təcridxanasına aş qazanında külli miqdarda narkotik və mobil telefon keçirilməsinin qarşısı alınıb.

Penitensiar Xidmətdən bazar ertəsi Trend-ə verilən məlumata görə, təcridxanada Cinayət Məcəlləsinin oğurluğa cəhd (29, 177.2.4-cü) maddəsi ilə təqsirləndirilən İntiqam Balayevə vətəndaş İsa Xıdırovun gətirdiyi sovqata baxış keçirilib.

Baxış zamanı hazır yemək olan qazanın dibində düzəldilmiş gizli saxlanc yerindən 3,346 qram heroin, 9,3 qram qurudulmuş marixuana, 5,5 qram həşiş qətranı, 8 ədəd mobil telefon, 4 ədəd cinkart aşkar edilib.

Xıdırov saxlanılıb.

Bir neçə gün öncə Qobustan həbsxanasının əməliyyat aparatı tərəfindən həbsxanasda cəza çəkən, CM-nin 234.1 maddəsi (qanunsuz olaraq narkotik vasitə saxlama, daşıma) ilə 5 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Kərimov Rövşən Həsənəli oğlunun yanına uzunmüddətli görüşə gəlmiş anası, vətəndaş Kərimova Zərəfşan İsfəndiyar qızının gətirdiyi sovqatdan da narkotik vasitə və mobil telefonlar aşkarlanıb.

Sovqata baxış zamanı ağ rəngli qazanın içərisinə kustar üsulla qaynaq edilmiş dəmir parçasının alt hissəsində gizlədilmiş 2 ədəd "Nokia" markalı mobil telefon, 2 ədəd ehtiyat qidalandırıcı hissə, 1 ədəd "Sim" kart və 1 ədəd bükülüdə yerləşən ümumi xalis çəkisi 5,960 qram olan narkotik maddə - heroin aşkar edilərək götürülüb.

Hər iki fakt üzrə araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti