Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Lerikdə ata iki azyaşlı uşağını boğaraq qətlə yetirib.
Lerik rayon prokuroru Salman Səmədov bazar ertəsi Trend-ə bildirib ki, rayonun Kürdəsər kənd sakini, 35 yaşlı Əmrah Xıdır oğlu Süleymanovun iki azyaşlı uşağı - 2 yaşlı Dilbər, 1 yaşlı Filizin meyitləri oktyabrın 22-də səhər saatlarında yataqlarında aşkarlanıb.
Araşdırmalar zamanı uşaqların ataları tərəfindən boğularaq öldürüldüyü məlum olub.
Prokuror bildirib ki, Əmrah Süleymanov ifadəsində bildirib ki, oktyabrın 21-də sərxoş vəziyyətdə olub, evdə həyat yoldaşı ilə dalaşıb və onu döyüb. Evdəki davadan qorxuya düşən uşaqlar qışqırıblar.
Süleymanov ifadəsində bildirib ki, uşaqların səsi başına düşdüyü üçün yastıqla uşaqların ağızından basaraq boğub öldürüb.
Süleymanov həbs olunub və barəsində Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.2.7 və 120.2.9-cu) maddələri ilə cinayət işi başlanıb.
Lerikdə ata iki azyaşlı qızını boğaraq qətlə yetirib