...

Bakıda yol qəzalarından görüntülər - yüksək sürət və piyadaların vurulması (VİDEO)

Hadisə Materials 24 Oktyabr 2011 11:05 (UTC +04:00)
Bu ilin 9 ayında Azərbaycanda qeydə alınan yol qəzalarının 43 faizdən çoxu avtomobillərin yüksək sürətlə idarə olunması səbəbindən baş verib.
Bakıda yol qəzalarından görüntülər - yüksək sürət və piyadaların vurulması (VİDEO)

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bu ilin 9 ayında Azərbaycanda qeydə alınan yol qəzalarının 43 faizdən çoxu avtomobillərin yüksək sürətlə idarə olunması səbəbindən baş verib.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev cümə günü Trend-ə bildirib ki, yanvar-sentyabr aylarında respublikada 2237 yol qəzası qeydə alınıb. Qəzaların 984-ü avtomobillərin yüksək sürətlə idarə olunması səbəbindən baş verib. Bu hadisələrdə 368 nəfər ölüb, 929 nəfər xəsarət alıb.

Ümumilikdə isə bu il ölkədə baş verən qəzalar zamanı 712 nəfər ölüb, 2459 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Qəzaların 847-si piyadaların vurulması olub. Bu hadisələrdə 266 piyada ölüb, 645 nəfər yaralanıb.

Bu ilin 9 ayında Bakıda 1018 yol qəzası zamanı 261 nəfər həlak olub, 1117 nəfər xəsarət alıb.

Get the Flash Player to see this player.
Xəbər lenti

Xəbər lenti