...

Azərbaycan xilasediciləri Türkiyədə dağıntılar altından daha 6 cəsədi çıxarıblar (FOTO)

Hadisə Materials 29 Oktyabr 2011 11:20 (UTC +04:00)
Azərbaycan xilasediciləri tərəfindən Türkiyənin Erciş şəhərində aparılan axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından daha 6 cəsəd çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Azərbaycan xilasediciləri Türkiyədə dağıntılar altından daha 6 cəsədi çıxarıblar (FOTO)

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan xilasediciləri tərəfindən Türkiyənin Erciş şəhərində aparılan axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından daha 6 cəsəd çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Trend-in şənbə günü FHN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bununla da Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən 12 nəfər xilas edilib və 60 cəsəd dağıntılar altından tapılaraq çıxarılıb.

Oktyabrın 23-də Bakı vaxtı ilə saat 15:41-də episentri Van şəhərindən 42 km şimalda olmaqla 7,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Diyarbəkir, Batman, Şırnak, Muş, Ərzurum, Bingöl, Bitlis, Siirt, Mardin şəhərlərində də hiss edilib.

Zəlzələnin qurbanlarının sayı şənbə gününə olan məlumata görə, 576 nəfərə çatıb, 2 600-dən çox zərərçəkən var.

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin verdiyi məlumata əsasən, zəlzələ Azərbaycan Respublikası Naxçıvan MR-in Sədərək, Şərur, Babək rayonlarında, eləcə də Naxçıvan şəhərində 3.5-3.0 bal gücündə hiss edilib. Azərbaycan ərazisində dağıntılar yoxdur.

Xəbər lenti

Xəbər lenti