...

Azərbaycanda yağan qar Ağsu aşırımında təhlükəli vəziyyət yaradıb

Hadisə Materials 7 Noyabr 2011 11:11 (UTC +04:00)
Azərbaycanda bu gün səhərdən yağan güclü qar Ağsu aşırımında təhlükəli vəziyyət yaradıb.
Azərbaycanda yağan qar Ağsu aşırımında təhlükəli vəziyyət yaradıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda bu gün səhərdən yağan güclü qar Ağsu aşırımında təhlükəli vəziyyət yaradıb.

Bununla əlaqədar Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

İdarənin şöbə rəisi Kamran Əliyev bazar ertəsi Trend-ə bildirib ki, Ağsu aşırımında buzlaşma yaranıb.

Bununla əlaqədar sürücülərdən xahiş olunur ki, yalnız iki oxu aparıcı olan avtomobillərdən istifadə etsinlər.

Əliyev bir oxu aparıcı olan minik avtomobillərinin həmin yollarda hərəkətinin olduqca təhlükəli olduğunu deyib.

İdarə qarlı hava şəraiti ilə əlaqədar sürücülərə yollarda ehtiyatlı olmağı, sürət həddini aşmamağı və şəxsi avtomobillərindən mümkün qədər az istifadə etmələrini tövsiyə edib.

Xəbər lenti

Xəbər lenti