...

Sutka ərzində Suriyadakı qarşıdurmalarda 51 nəfər həlak olub

Hadisə Materials 15 Noyabr 2011 10:47 (UTC +04:00)
Ötən gün ərzində Suriyada etiraz aksiyalarının iştirakçıları ilə təhlükəsizlik qüvvələri arasındakı toqquşmalarda 51 nəfər həlak olub.
Sutka ərzində Suriyadakı qarşıdurmalarda 51 nəfər həlak olub

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 15 noyabr / Trend, müxbir A.Tağıyeva /

Ötən gün ərzində Suriyada etiraz aksiyalarının iştirakçıları ilə təhlükəsizlik qüvvələri arasındakı toqquşmalarda 51 nəfər həlak olub. Trend-in məlumatına görə, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat verib.

Suriyalı fəalların sözlərinə görə, ölkənin cənubunda hərbiçilərlə müxalifət tərəfdarları arasında toqquşmalar baş verib. Bu məlumatlara görə, bu zaman 20-yə yaxın hərbi qulluqçu həlak olub.

Suriyada 8 aydır ki, hökumət əleyhinə aksiyalar davam edir. Aksiyalar ilk dəfə mart ayının ortalarında ölkənin cənubundakı Dəra şəhərində başlayıb, sonra regionun digər şəhərlərinə keçib. BMT-nin məlumatına görə, həlak olanların sayı 3,5 min nəfəri ötüb. Suriya hakimiyyəti isə hər iki tərəfdən 1,5 mindən artıq adamın, o cümlədən 1,1 min nəfərdən çox güc strukturları əməkdaşlarının həlak olduğunu bəyan edir.

Xəbər lenti

Xəbər lenti