...

Sərxoş sürücü maşını Ermənistan prezidentinin iqamətgahına çırpıb

Hadisə Materials 18 Noyabr 2011 13:08 (UTC +04:00)
"QAZ-2410" markalı avtomobil Ermənistan prezidentinin iqamətgahının darvazasına çırpılıb. Bu barədə Ermənistan polisi rəsmi saytında xəbər verir.
Sərxoş sürücü maşını Ermənistan prezidentinin iqamətgahına çırpıb

Azərbaycan, Bakı, 18 noyabr /Trend/

"QAZ-2410" markalı avtomobil Ermənistan prezidentinin iqamətgahının darvazasına çırpılıb. Bu barədə Ermənistan polisi rəsmi saytında xəbər verir. Sürücü təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

İnsident dünən baş verib. Polis əməkdaşları 1972-ci il təvəllüdlü Vaçaqan İsayan adlı sürücünün hadisə baş verən zaman spirtli içkinin təsiri altında olduğunu aşkar edib. Trend-in məlumatına görə, xəbəri RİA Novosti yazır.

İsayan saxlanılıb və insidentin baş verdiyi şərait araşdırılır. Polis istintaq aparıldığını bildirib.

Xəbər lenti

Xəbər lenti