Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir E.İsmayılov/
Anomal hava şəraiti ilə bağlı dünən günortadan Lənkəran-Sankt Peterburq istiqamətində təyyarə reysinin uçuşu təxirə salınıb.
Uçuşu həyata keçirən Rusiyanın "Ural" Hava Yollarının Azərbaycan nümayəndəliyindən cümə günü Trend-ə bildiriblər ki, Lənkəran aeroportunun eniş-uçuş zolağı buz bağladığından dünəndən uçuşu hələ də həyata keçirmək olmur. Məlumata görə, hava şəraiti imkan verən kimi uçuş həyata keçiriləcək.
Qeyd edək ki, təyyarə noyabrın 24-ü saat 13:20-də uçmalı idi.
"Ural" Hava Yollarının həyata keçirdiyi Lənkəran-Sankt Peterburq-Lənkəran reysi həftədə bir dəfə - cümə axşamı həyata keçirilir.
Anomal hava şəraiti ilə bağlı noyabrın 24-dən Lənkərandan Sankt-Peterburqa təyyarə uça bilmir
Anomal hava şəraiti ilə bağlı dünən günortadan Lənkəran-Sankt Peterburq istiqamətində təyyarə reysinin uçuşu təxirə salınıb.
