...

Bu il 15 Əfqanıstan vətəndaşı saxta pasportlarla Azərbaycana keçmək istəyərkən saxlanılıb

Hadisə Materials 16 Dekabr 2011 12:43 (UTC +04:00)
Bu il 15 Əfqanıstan vətəndaşı Avropa ölkələrinin saxtalaşdırılmış pasportlarla hava limanının tranzit sektorundan keçməyə cəhd edərkən saxlanılıb.
Bu il 15 Əfqanıstan vətəndaşı saxta pasportlarla Azərbaycana keçmək istəyərkən saxlanılıb

Azərbaycan, Bakı, 16 dekabr / Trend, müxbir İ.İsabalayeva/

Bu il 15 Əfqanıstan vətəndaşı Avropa ölkələrinin saxtalaşdırılmış pasportlarla hava limanının tranzit sektorundan keçməyə cəhd edərkən saxlanılıb. Trend-in məlumatına görə, bunu Dövlət Sərhəd Xidmətinin şöbə rəisi Azad Qasımov Dövlət Miqrasiya Xidmətində 18 dekabr - Beynəlxalq Miqrantlar Günü ilə əlaqədar keçirilən "dəyirmi masa"da deyib.

Onun sözlərinə görə, həmin Əfqanıstan vətəndaşlarında saxta İspaniya pasportu aşkarlanıb.

"Hava limanının tranzit sektorunda da bu hallar intensivləşib. Dünən saxlanılan Əfqanıstan vətəndaşında isə saxta Portuqaliya pasportu aşkarlanıb", - Qasımov qeyd edib.

O əlavə edib ki, hazırda qeyri-leqal miqrantlar müasir texnologiya ilə hazırlanmış saxta sənədlərdən istifadə edirlər.

"Bu, bizim işimizdə çətinlik yaratsa da, əməkdaşlarımız yüksək peşəkarlıqla belə halların qarşısını alırlar", - Qasımov bildirib.

Şöbə rəisi deyib ki, il ərzində Azərbaycanda Dövlət Sərhəd Xidməti tərəfindən saxlanılan 200-dən artıq qeyri-leqal miqrantların əksəriyyəti Avropa, Asiya, Afrika qitələrindən olanlardır.

Qasımovun sözlərinə görə, qeyri-leqal miqrantlar saxta vizalardan, pasportlardan istifadə etməklə dövlət sərhədini keçməyə cəhd edirlər.

Xəbər lenti

Xəbər lenti