...

Nazarbayev: Janaozendəki kütləvi iğtişaşları maliyyələşdirən mənbələr aşkar ediləcək

Hadisə Materials 17 Dekabr 2011 16:35 (UTC +04:00)

Qazaxıstan, Astana, 17 dekabr /Trend, müxbir K.Konırova/

Qazaxıstanın hüquq-mühafizə orqanları cümə günü Janaozen şəhərində baş vermiş kütləvi iğtişaşları maliyyələşdirən şəxsləri və mənbələri müəyyən edəcəklər. Trend-in məlumatına görə, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev şənbə günü Təhlükəsizlik Şurasının iclasında bəyan edib.

"Bununla yanaşı, hesab edirəm ki, neftçilərin işlə bağlı mübahisəsini öz cinayətkar niyyətləri üçün vəziyyətdən istifadə etmək istəyən quldur əməlləri ilə qarışdırmaq olmaz. Biz maliyyələşmənin haradan gəldiyini və bununla kimin məşğul olduğunu aydınlaşdırcacağıq", - dövlət başçısı deyib.

Prezidentin sözlərinə görə, günahkar şəxslər qanunun bütün ciddiliyi ilə cəzalanacaqlar.

Nazarbayev bildirib ki, bu illər ərzində dövlət Janaozendə sosial vəziyyətin yaxşılaşdırılması üçün çox işlər görüb, əməkhaqqı artırılıb.

"Janaozenə, "KazMunayQaz"a əmək mübahisələrinin araşdırılması, baş verənlər, görülən tədbirlər haqqında əhaliyə izahat vermək üçün hökumətin xüsusi komissiyası gpndəriləcək", - Nazarbayev deyib.

"Digər hüquq-mühafizə orqanları ilə birlikdə Baş Prokurorluğa baş verənləri diqqətlə araşdırmağı, maksimum informasiya açıqlığını təmin etməyi, nəticələr barədə xalqa məlumat verməyi, ehtiyac yaranarsa, müstəqil ekspertləri cəlb etməyi tapşırıram", - Prezident əlavə edib.

Dekabrın 16-17-də Qazaxıstanın Manqistau vilayətinin Janaozen şəhərində kütləvi qarşıdırmalar baş verib. İlkin məlumatlara görə, 10 nəfər qarşıdurmaların qurbanı olub, yaralılar var. Bu barədə cümə günü Qazaxıstanın baş prokuroru Asxat Daulbayev məlumat verib.

Xəbər lenti

Xəbər lenti