Azərbaycan, Bakı, 20 dekabr / Trend, müxbir K.Zərbalıyeva/
Bakıda metronun "Sahil" stansiyasına bomba qoyulması barədə məlumat təsdiqini tapmayıb.
Hüquq-mühafizə orqanlarındakı mənbədən Trend-ə verilən məlumata görə, bu gün səhər saatlarında naməlum şəxslər Daxili İşlər Nazirliyinin "qaynar xətt"inə zəng edərək metronun "Sahil" stansiyasına bomba qoyulması barədə məlumat verib.
Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin əməkdaşları stansiyada yoxlamalar aparıb və məlumat təsdiqini tapmayıb.