...

Bakıda metronun "Sahil" stansiyasına bomba qoyulması xəbəri qatarların hərəkət cədvəlində problem yaratmayıb

Hadisə Materials 20 Dekabr 2011 11:29 (UTC +04:00)
Bakıda metronun "Sahil" stansiyasına bomba qoyulması ilə bağlı verilən məlumat metronun işinə təsir etməyib və qatarların hərəkət cədvəlində problem yaratmayıb.
Bakıda metronun "Sahil" stansiyasına bomba qoyulması xəbəri qatarların hərəkət cədvəlində problem yaratmayıb

Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda metronun "Sahil" stansiyasına bomba qoyulması ilə bağlı verilən məlumat metronun işinə təsir etməyib və qatarların hərəkət cədvəlində problem yaratmayıb. Bu barədə çərşənbə axşamı Trend-ə Bakı Metropoliteninin baş mühəndisi Elburus Muradov deyib.

Qeyd edək ki, Bakıda metronun "Sahil" stansiyasına bomba qoyulması barədə məlumat təsdiqini tapmayıb.

Hüquq-mühafizə orqanlarındakı mənbədən Trend-ə verilən məlumata görə, bu gün səhər saatlarında naməlum şəxslər Daxili İşlər Nazirliyinin "qaynar xətt"inə zəng edərək metronun "Sahil" stansiyasına bomba qoyulması barədə məlumat verib.

Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin əməkdaşları stansiyada yoxlamalar aparıb və məlumat təsdiqini tapmayıb.

Xəbər lenti

Xəbər lenti