Azərbaycan, Bakı, 9 yanvar /Trend/
Moskvadakı restoranlardan birində baş verən partlayışda xəsarət alanlar arasında azərbaycanlılar yoxdur. Bu barədə bazar ertəsi Trend-ə Rusiya DİN-in Moskva üzrə Baş İdarəsindən məlumat veriblər.
İlkin məlumatlara görə, Moskva restoranında qaz balonunun partlması nəticəsində xəsarət alanların sayı 26 nəfərə çatıb.
"İlkin məlumata əsasən, 26 nəfər, o cümlədən 16 yaşlı yeniyetmə xəsarət alıb", - DİN-dən deyiblər.
Əvvəl partlayış nəticəsində16 nəfərin xəsarət alması, 2 nəfərin ölməsi haqqında məlumat verilirdi.