...

Şamaxıda yük avtomobili ilə sərnişin avtobusu toqquşub

Hadisə Materials 14 Yanvar 2012 13:40 (UTC +04:00)
Şamaxıda yük avtomobili ilə sərnişin avtobusu toqquşub.
Şamaxıda yük avtomobili ilə sərnişin avtobusu toqquşub

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Şamaxıda yük avtomobili ilə sərnişin avtobusu toqquşub.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Şamaxı rayonu, Kirovka kəndində Şamaxı-Pirqulu avtomobil yolunda TATRA markalı yük avtomobili və Şamaxı-Pirqulu marşrutu ilə hərəkət edən "Hyundai" markalı sərnişin avtobusu toqquşub.

Nəticədə avtobusun sürücüsü və 1 nəfər sərnişini xəsarət alıblar.

Xilasedicilər sıxılmış vəziyyətdə qalmış sürücünü xüsusi alət və avadanlıqlar vasitəsilə avtobusdan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti

Xəbər lenti