...

FHN magistral qaz kəmərində baş verən qəza ilə bağlı məlumat yayıb

Hadisə Materials 8 Fevral 2012 13:18 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi magistral qaz kəmərində baş verən qəza ilə bağlı məlumat yayıb.
FHN magistral qaz kəmərində baş verən qəza ilə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 8 fevral / Trend müxbir K.Zərbalıyeva/

Fövqəladə Hallar Nazirliyi magistral qaz kəmərində baş verən qəza ilə bağlı məlumat yayıb.

Trend-in nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Qaradağ rayonunda qaz emalı zavodundan Hacıqabul-Qalmaz sahəsinə gedən diametri 720 mm olan magistral qaz kəmərində qəza baş verib.

Qəzanın nəticələri zavodun işçiləri tərəfindən saat 07:30-da aradan qaldırılıb.

Qəzanın nəticələri aradan qaldırılana qədər Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvə və texnikası hadisə yerində növbə çəkiblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər lenti

Xəbər lenti