...

Bakıda dünən yol qəzalarında 19 nəfər xəsarət alıb

Hadisə Materials 20 Fevral 2012 10:13 (UTC +04:00)
Bakıda dünən baş verən yol qəzalarında 19 nəfər xəsarət alıb.
Bakıda dünən yol qəzalarında 19 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 20 fevral / Trend müxbir K.Zərbalıyeva/

Bakıda dünən baş verən yol qəzalarında 19 nəfər xəsarət alıb.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, ötən gün paytaxtda 9 yol qəzası qeydə alınıb.

Suraxanı rayonu, Bahar qəsəbəsi ərazisində "Mercedes" və "Kia" markalı avtomobillər toqquşub. Nəticədə 3 nəfər xəsarət alıb.

Xəzər rayonu, Mərdəkan qəsəbəsində isə "Mercedes" və "BMV" markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər yaralanıb.

Yasamal rayonu ərazisində, Kənar Dairəvi yolda "VAZ 2107" markalı avtomobil maneəyə dəyib və 2 nəfər xəsarət alıb.

Suraxanıda, Qum adasında "Opel"lə "VAZ21011" toqquşub və 2 nəfər xəsarət alıb.

Bütün faktlarla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti