...

Bakıda xəstəxananın həyətində həkim dünyasını dəyişdi

Hadisə Materials 7 Mart 2012 17:20 (UTC +04:00)
M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin həyətində bir həkim qəflətən dünyasını dəyişib.
Bakıda xəstəxananın həyətində həkim dünyasını dəyişdi

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir İ.İsabalayeva

M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin həyətində bir həkim qəflətən dünyasını dəyişib. Bunu çərşənbə günü Trend-ə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov deyib.

Onun sözlərinə görə, təcili tibbi yardım briqadası əraziyə çatdıqda 53 yaşlı Yavər Yaqubov artıq dünyasını dəyişmiş olub.

Həmidov deyib ki, həmin şəxsin ürək-qan damar sistemi xəstəliklərindən əziyyət çəkib.

Xəbər lenti

Xəbər lenti