Abşeronda "Nissan" yolun kənarında dayanmış "Kamaz"la toqquşub, iki nəfər ölüb

Hadisə Materials 28 Mart 2012 09:52 (UTC +04:00)
Abşeron rayonunda "Nissan" markalı minik avtomobili yolun kənarında dayanmış "Kamaz" markalı yük avtomobili ilə toqquşub.
Abşeronda "Nissan" yolun kənarında dayanmış "Kamaz"la toqquşub, iki nəfər ölüb

Azərbaycan, Bakı, 28 mart / Trend müxbir K.Zərbalıyeva/

Abşeron rayonunda "Nissan" markalı minik avtomobili yolun kənarında dayanmış "Kamaz" markalı yük avtomobili ilə toqquşub.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, dünən Bakı-Quba yolunun 21-ci kilometrliyində baş vermiş qəza nəticədə minik avtomobilinin sərnişini və "Kamaz"ın yerdə olan sürücüsü hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti