Azərbaycan, Bakı, 9 aprel / Trend müxbir K.Zərbalıyeva/
Qadınları İranda cinsi istismara məruz qoyan mütəşəkkil cinayətkar dəstənin başçısı saxlanılıb.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində insan alveri ili məşğul olan mütəşəkkil cinayətkar dəstənin başçısı, Sumqayıt şəhər sakini Zeynəb qadınları İrana apararaq cinsi istismara məruz qoyması ilə əlaqədar saxlanılıb.
O, fevralın 17-də bir qrup şəxslə cinayət əlaqəsinə girib gəlir etmək məqsədi ilə qadınları Birləşmiş Ərəb Əmirliklərinə və İrana aparıb cinsi istismara məruz qoyması ilə əlaqədar tutulmuş Sovetnaz Quluyevanın qızıdır.
Faktla bağlı cinayət işi başlanıb.
Bakıda qadınları İranda cinsi istismara məruz qoyan mütəşəkkil cinayətkar dəstənin başçısı saxlanılıb
Qadınları İranda cinsi istismara məruz qoyan mütəşəkkil cinayətkar dəstənin başçısı saxlanılıb.
