...

Yevlaxda çoban qətlə yetirilib

Hadisə Materials 8 May 2012 09:51 (UTC +04:00)
Araşdırma zamanı onun çoban yoldaşının arvadı 1981-ci il təvəllüdlü Şəhla Muxtarova tərəfindən qayçı ilə qətlə yetirildiyi müəyyən olunub.
Yevlaxda çoban qətlə yetirilib

Azərbaycan, Bakı, 8 may / Trend müxbir K.Zərbalıyeva/

Yevlaxda çoban qətlə yetirilib.

Yevlax şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, rayonun Nemətabad kəndi yaxınlığında yerləşən fermanın ərazisindən orada çoban işləyən 1958-ci il təvəllüdlü Ələddin Məhərrəmovun üzərində xəsarətlər olan meyiti tapılıb.

Araşdırma zamanı onun çoban yoldaşının arvadı 1981-ci il təvəllüdlü Şəhla Muxtarova tərəfindən qayçı ilə qətlə yetirildiyi müəyyən olunub.

Muxtarova şübhəli şəxs qismində saxlanılıb.

Məlumata görə, qətlə iki çoban ailəsi arasında məişət mübahisəsi zəminində baş vermiş münaqişə səbəb olub.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti