...

Zaqatalada bu gün səhər iki zəlzələ qeydə alınıb

Hadisə Materials 19 May 2012 10:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 may / Trend müxbir K.Zərbalıyeva/

Bu gün səhər Zaqatalada daha iki zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, yerli vaxtla saat 07:01-də Zaqataladan 14 km cənubda zəlzələ qeydə alınıb.

İkinci təkan isə saat 08:18-də Zaqataladan 14 km cənubda qeydə alınıb. Hər iki zəlzələ hiss olunub. İnsan təlafatı yoxdur.

Qeyd edək ki, dünən 19:46-də mərkəz episentri Zaqataladan 15 km cənubda 6 bal gücündə zəlzələ qeydə alınıb. Episentrə yaxın yaşayış məntəqələrində zəlzələ 4-5 bal gücündə hiss olunub.

Mayın 18-də Bakı vaxtı ilə saat 19:46-da Zaqatala rayonundan 15 km cənubda qeydə alınmış zəlzələ ilə əlaqədar bölgəyə Fövqəladə Hallar Nazirliyinin əlavə qüvvələri göndərilib. Ehtiyacı olan əhali çadır və lazımi təlabat malları ilə təmin olunacaq.

Xəbər lenti

Xəbər lenti