Azərbaycan, Bakı, 25 may / Trend müxbir K.Zərbalıyeva/
Cəlilabadda minik avtomobili traktorla toqquşub.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, mayın 24-də saat 12.00 radələrində Cəlilabad rayonu ərazisində Masallı rayon sakini Xəlil Mirzəyevin idarə etdiyi "Mercedes-Benz" markalı avtomaşınla Füzuli rayon sakini Musa Süleymanovun idarə etdiyi "MTZ-82" markalı traktor toqquşub.
Nəticədə Mirzəyevin sərnişinlərindən Bəhruz Əliyev hadisə yerində ölüb, xəsarət almış digər sərnişini İlkin Əliyev, habelə Mirzəyev və Süleymanov isə xəstəxanaya yerləşdiriliblər.
Süleymanova tibbi yardım göstərildikdən sonra buraxılıb, digərlərinin vəziyyətləri isə orta-ağırdır.