...

Bakıda ər arvadını qətlə yetirib

Hadisə Materials 19 İyun 2012 09:27 (UTC +04:00)
Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.
Bakıda ər arvadını qətlə yetirib

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda ər arvadını qətlə yetirib.

Yasamal rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, iyunun 18-dən 19-a keçən gecə, saat 03:00 radələrində Yeni Yasamal 2-də yerləşən "Qismət" şadlıq evinin arxasındakı yarıtikilmiş binada kirayəşin yaşayan 45 yaşlı Malik Abdullayev aralarında baş vermiş mübahisə zəminidə arvadı - 33 yaşlı Təranə Abdullayevaya mətbəx bıçağı ilə çoxsaylı bədən xəsarətləri yetirib.

Abdullayeva Kliniki Tibbi Mərkəzdə aldığı xəsarətlərdən dünyasını dəyişib.

Abdullayev saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti