...

Bakıda ağır qətl hadisəsi törədilib

Hadisə Materials 2 İyul 2012 09:59 (UTC +04:00)
Məlumata görə, qətl hadisəsi iyulun 2-də saat 03.00 radələrində rayonun Alı Məhərrəmov küçəsi, 15 ünvanında qeydə alınıb. Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Nazim Ağaquliyev naməlum şəxs və ya şəxslər tərəfindən kəsici və deşici xəsarətlər yetirilib. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, aldığı xəsarətdən dünyasını dəyişib
Bakıda ağır qətl hadisəsi törədilib

Azərbaycan, Bakı, 2 iyul /Trend, E.Mehdiyev/

Bakıda daha bir qətl törədilib. Bu barədə Trend-ə Nəsimi Rayon Prokurorluğundan bildirilib.

Məlumata görə, qətl hadisəsi iyulun 2-də saat 03.00 radələrində rayonun Alı Məhərrəmov küçəsi, 15 ünvanında qeydə alınıb. Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Nazim Ağaquliyev naməlum şəxs və ya şəxslər tərəfindən kəsici və deşici xəsarətlər yetirilib. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, aldığı xəsarətdən dünyasını dəyişib.

Hadisənin kimin tərəfindən və hansı məqsədlə törədilməsi araşdırılır.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti