...

Azərbaycanın şimal-qərbində güclü yağışlar bəzi ərazilərin su ilə dolmasına səbəb olub

Hadisə Materials 10 İyul 2012 13:34 (UTC +04:00)
Azərbaycanın şimal-qərbində güclü yağışlar bəzi ərazilərin su ilə dolmasına səbəb olub.
Azərbaycanın şimal-qərbində güclü yağışlar bəzi ərazilərin su ilə dolmasına səbəb olub

Azərbaycan, Bakı, 10 iyul /Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanın şimal-qərbində güclü yağışlar bəzi ərazilərin su ilə dolmasına səbəb olub.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, nazirliyin Şimal-Qərb Regional Mərkəzinin ərazisində hava şəraitinin yağışlı keçməsi və bəzi ərazilərin yağış suları ilə dolması müşahidə olunub.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri yaranmış vəziyyətlə əlaqədar hadisə rayonlarına cəlb olunub. Xilasedicilər 3 nəfəri təhlükəli hesab edilən ərazidən təxliyə ediblər.

Xəbər lenti

Xəbər lenti