...

Astarada və Tovuzda yol qəzalarında 4 nəfər ölüb, 8 nəfər yaralanıb

Hadisə Materials 11 İyul 2012 10:34 (UTC +04:00)
Astarada ağır yol qəzası qeydə alınıb.
Astarada və Tovuzda yol qəzalarında 4 nəfər ölüb, 8 nəfər yaralanıb

Azərbaycan, Bakı, 11 iyul / Trend müxbir K.Zərbalıyeva/

Astarada ağır yol qəzası qeydə alınıb.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, rayonun mərkəzində "Wolksvagen" markalı minik avtomobili ilə "VAZ 2106" markalı avtomobil toqquşub.

Nəticədə 2 nəfər həlak olub, 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Tovuz rayonunda isə "Mercedes" və "VAZ 2107" markalı avtomobillər toqquşub. Nəticədə 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

İdarədən bildirilib ki, ötən gün respublikada 12 yol qəzası qeydə alınıb, 7 nəfər ölüb, 19 nəfər yaralanıb.

Xəbər lenti

Xəbər lenti