...

FHN: Azərbaycanda yarım ildə yanğınlar zamanı 34 nəfər ölüb, 49 nəfər xəsarət alıb

Hadisə Materials 11 İyul 2012 13:57 (UTC +04:00)
Azərbaycanda bu ilin I yarımilliyi ərzində baş verən yanğınlar zamanı 34 nəfər həlak olub, 49 nəfər xəsarət alıb.
FHN: Azərbaycanda yarım ildə yanğınlar zamanı 34 nəfər ölüb, 49 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 11 iyul / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanda bu ilin I yarımilliyi ərzində baş verən yanğınlar zamanı 34 nəfər həlak olub, 49 nəfər xəsarət alıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanların sayı 4 nəfər və ya 13 faiz çox, xəsarət alanların sayı isə 11 nəfər və ya 18 faiz azdır.

Hesabat dövründə baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 3960 çıxış edilib.

Onlardan çoxmənzilli yaşayış binalarında və fərdi yaşayış evlərində yanğınlar - 1004, açıq sahələrdə yanğınlar - 2053, nəqliyyat vasitələrində yanğınlar - 159 , digər yanğınlar - 744 çıxış təşkil edib.

Birinci yarım ildə respublika ərazisində 11 partlayış hadisəsi baş verib.

Bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 9 hadisə və ya 45 faiz azdır. Partlayışlar zamanı 3 nəfər həlak olub, 7 nəfər xəsarət alıb.

Xəbər lenti

Xəbər lenti