...

Bakıda polis əməkdaşlarını bıçaqlayan şəxs tutulub

Hadisə Materials 11 İyul 2012 14:06 (UTC +04:00)
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyulun 10-da Yasamal rayonunda yaşayan, əvvəllər məhkum olunmuş Hafiz Abbasovun sərxoş halda münaqişə yaratması barədə Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsinə məlumat daxil olub.
Bakıda polis əməkdaşlarını bıçaqlayan şəxs tutulub

Azərbaycan, Bakı, 11 iyul / Trend müxbir K.Zərbalıyeva/

Bakıda polis əməkdaşlarını bıçaqlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyulun 10-da Yasamal rayonunda yaşayan, əvvəllər məhkum olunmuş Hafiz Abbasovun sərxoş halda münaqişə yaratması barədə Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsinə məlumat daxil olub.

Məlumatla əlaqədar hadisə yerinə 29-cu polis bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Emin Məmmədov və Çevik Polis Alayının əməkdaşı, polis serjantı Yusif Rzayev gediblər.

Abbasov polis əməkdaşlarına tabeçilik göstərməyib, bıçaqla Məmmədova döş, Rzayevə isə ayaq nahiyələrindən xəsarət yetirib.

Xəsarət almış Rzayevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, Məmmədovun vəziyyəti isə qənaətbəxdir.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abbasov tutulub. Rayon prokurorluğu tərəfindən faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti