...

Qobustan həbsxanasına yağ qabında mobil telefon keçirilməsinin qarşısı alınıb (FOTO)

Hadisə Materials 16 İyul 2012 11:39 (UTC +04:00)
Qobustan həbsxanasına yağ qabında mobil telefon keçirilməsinin qarşısı alınıb.
Qobustan həbsxanasına yağ qabında mobil telefon keçirilməsinin qarşısı alınıb (FOTO)

Azərbaycan, Bakı, 16 iyul /Trend müxbir K.Zərbalıyeva/

Qobustan həbsxanasına yağ qabında mobil telefon keçirilməsinin qarşısı alınıb.

Penitensiar Xidmətdən Trend-ə verilən məlumata görə, Qobustan Həbsxanasında cəza çəkən 1983-cü il təvəllüdlü məhkum Rasim Tofiq oğlu Ağayevin yanına qısamüddətli görüşə gəlmiş qohumları Əliyev Xıdır Elşad oğlu və Səfərov Elman Elandar oğlunun gətirdiyi sovqata baxış keçirilib.

Baxış zamanı əridilmiş yağ üçün nəzərdə tutulmuş "Teksun" dəmir qabının içərisində xüsusi üsulla hazırlanmış gizli saxlanc yerindən 2 (iki) ədəd "Nokia", 1 (bir) ədəd "Soni-Erikson" markalı mobil telefonlar, 4 ədəd elektrik qidalandırıcı, 1 ədəd BL-5CT markalı ehtiyat batareya, 3 ədəd Nar, Cin və Azərcell nömrələri aşkar edilərək götürülüb.

Ağayev Cinayət Məcəlləsinin 127.1; 128; 66.2; 67-ci maddələri ilə təqsirli bilinərək 11 il 1 ay müddətinə azaqdlıqdan məhrum edilib.

Xəbər lenti

Xəbər lenti