...

Bakıda qardaş bacısını bıçaqlayıb

Hadisə Materials 6 Avqust 2012 10:57 (UTC +04:00)
Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, ötən gecə Nərimanov rayonu Kazımzadə küçəsində yaşayan Elnur Əhmədov qısqanclıq zəminində bacısı Günay Sadıqovanı bıçaqlayıb. Qarın və kürəyindən bıçaq xəsarəti alan Sadıqova xəstəxanaya yerləşdirilib.
Bakıda qardaş bacısını bıçaqlayıb

Azərbaycan, Bakı, 6 avqust / Trend müxbir K.Zərbalıyeva/

Bakıda qardaş qısqanclıq zəminində bacısını bıçaqlayıb.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, ötən gecə Nərimanov rayonu Kazımzadə küçəsində yaşayan Elnur Əhmədov qısqanclıq zəminində bacısı Günay Sadıqovanı bıçaqlayıb. Qarın və kürəyindən bıçaq xəsarəti alan Sadıqova xəstəxanaya yerləşdirilib.

Əhmədov sonra özünə bıçaq xəsarətləri yetirib.

Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Əhmədov yaxalanıb.

Xəbər lenti

Xəbər lenti