...

“Azəriqaz”a məxsus əmlakı oğurlayan şəxslər saxlanılıb

Hadisə Materials 21 Avqust 2012 14:05 (UTC +04:00)
Faktla bağlı cinayət işi başlanıb.
“Azəriqaz”a məxsus əmlakı oğurlayan şəxslər saxlanılıb

Azərbaycan, Bakı, 21 avqust /Trend müxbir K.Zərbalıyeva/

"Azəriqaz"a məxsus əmlakı oğurlayan şəxslər saxlanılıb.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 16-da Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinə məxsus 2900 metr dəmir boruları oğurlamış Yevlax rayon sakinləri Şahin Məmmədov, Malik Babayev və Bakı şəhər sakini Kənan Ağayev tutulublar.

Faktla bağlı cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti