...

Bakının iri ticarət obyektində yanğın baş verib, 70-dən çox insan xəsarət alıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 16 Sentyabr 2012 17:26 (UTC +04:00)
Bakının "Binə" ticarət mərkəzində generatorun yanması nəticəsində 70-dən çox insan xəsarət alıb.
Bakının iri ticarət obyektində yanğın baş verib, 70-dən çox insan xəsarət alıb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

Bakının "Binə" ticarət mərkəzində generatorun yanması nəticəsində 70-dən çox insan xəsarət alıb. Bu barədə bazar günü Trend-ə Təcili yardım stansiyasından məlumat verilib.

Bundan öncə iki nəfərin xəsarət alması haqqında məlumat verilmişdi.

Yanğın nəticəsində xəsarət alanlar tibbi yardım göstərilməsi üçün yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.

Generatorun yanması insanlar arasında cüzi təşviş yaradıb, ancaq bir müddət sonra ticarət mərkəzi normal qaydada işini davam etdirib.

Xəbər lenti

Xəbər lenti