...

Sumqayıt Dövlət Universitetində güclü yanğın olub

Hadisə Materials 7 Oktyabr 2012 10:01 (UTC +04:00)
Şənbə günü axşam saatlarında Sumqayıt Dövlət Universitetində güclü yanğın olub.
Sumqayıt Dövlət Universitetində güclü yanğın olub

Azərbaycan, Bakı, 7 oktyabr /Trend/

Şənbə günü axşam saatlarında Sumqayıt Dövlət Universitetində güclü yanğın olub.

Trend-in FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Təhsil Nazirliyinə məxsus Sumqayıt Dövlət Universitetinin 4 mərtəbədən ibarət əsas binasının 1-ci mərtəbəsində ümumi sahəsi 120 kv.m olan oxu zalının döşəməsi, əşyalar 5 kv.m sahədə və 1 ədəd pəncərə çərcivəsi yanmışdır.

Bina yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Xəbər lenti

Xəbər lenti