...

Daşkəsəndə bir ailəni öldürəcəyi ilə hədələyən şəxs tutulub

Hadisə Materials 18 Oktyabr 2012 12:38 (UTC +04:00)
Araşdırmalar zamanı Mustafayevin həmin gün Qaratağlar kəndində yaşayan bacısı Raziyyənin evindən 6500 manat pul oğurlaması da müəyyən edilib.
Daşkəsəndə bir ailəni öldürəcəyi ilə hədələyən şəxs tutulub

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Daşkəsəndə bir ailəni öldürəcəyi ilə hədələyən şəxs tutulub.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Daşkəsən rayonunun Qaratağlar kənd sakini Razəddin Mustafayev sərxoş halda xuliqanlıq zəminində həmkəndlisi Zəki Hüseynovu və onun ailə üzvlərini təhqir etmiş, özündə olan ov tüfəngindən 4 dəfə havaya atəş açaraq onları öldürəcəyi ilə hədələyib.

Mustafayev Daşkəsən rayon polis şöbəsinin əməkdaşları tərəfindən tutulub.

Ondan 1 ədəd ov tüfəngi götürülüb.

Araşdırmalar zamanı Mustafayevin həmin gün Qaratağlar kəndində yaşayan bacısı Raziyyənin evindən 6500 manat pul oğurlaması da müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti